cube

Kartpak

Müraciət et

Qutunuzun istehsalı
bizə əmanətdir!

Keçid et
dizayn

Dizayn

Dizaynerlərimiz istəyinizə uyğun olaraq qablaşdırmanın dizaynını işləyirlər

maket

Maket

Qablaşdırmanın standartlara tam uyğun olmasının yoxlanılması üçün maket hazırlanır.

istehsal

İstehsal

Qablaşdırma xüsusi avadanlıqlarda kəsilir, suvanır, yapışdırılır və aksessuarlar vurulur.

tehvil

Təhvil

Hazır qablaşdırma daşınma və saxlanma üçün yığılır və müştəriyə təhvil verilir.

Keyfiyyət və
operativ xidmət

Hədəfimiz məhsulunuzun ən yüksək səviyyədə təqdimatıdır.


Müraciət et

Xİdmətlər

Karton qutu istehsalı

Karton qutuların istehsalında ikiqat, üçqat
və beşqat qofrokartonlardan istifadə
olunur. Fabrikimizdə adi və suvama
karton qutular hazırlanır.

qutu-1
qutu-1

Kağız qablaşdırma

Kağız qablaşdırma qutu və paket şəklində
ola bilər. İstehsal zamanı bristol və
xromerzas kimi kağızlardan istifadə edilir.

Sərt qutu istehsalı

Sərt qutu istehsalında – qalınlığı orta hesabla 1 mm-dən 3 mm-ə qədər olan sıxlaşdırılmış kartondan (kitab cildi materialı), parlaq və ya dekor kağızdan, xüsusi dizaynlı vinildən istifadə olunur. Bu cür qutulara əsasən premium məhsulların, hədiyyələrin və promo materialların qablaşdırılmasında üstünlük verilir.

qutu-3
qutu-4

Dizayn və maket hazırlama

 Komandamız tərəfindən müştərinin məhsulu, qablaşdırma ilə bağlı istəkləri öyrənilir, lazım gələrsə ona əlavə təkliflər verilir. Dizaynerlərimiz məhsulun qrafik və texniki dizaynını, maketini hazırladıqdan sonra son dizayn müştəri ilə razılaşdırılır.

Mətbəə çapı

Şirkətimizdə maksimum ölçü 700×1000 mm olmaqla ofset çapı da həyata keçirilir. Ofset çapının müəssisə daxili aparılması qablaşdırmanın daha operativ hazırlanmasını şərtləndirən əsas amillərdən biridir. 

qutu-3

Laminasiya və lak

Qutuların və paketlərin daha davamlı və cəlbedici olması üçün laminasiya və lakdan istifadə olunur. Laminasiya qutunun xarici səthinə parlaq və ya mat effekt verir. Bundan əlavə, paxlava, şirniyyat, xəmir və s. şirniyyat qutularının daxili səthinə çəkdiyimiz sədəf və ya adi laminasiya qida yağlarının qutuya keçməsinin qarşısını alır.

laminasiya

Qızılı və gümüşü basqı

Qablaşmanı parıltılı və ya cəlbedici etmək üçün qızılı, gümüşü, qara, qırmızı və s. rəngdə fərqli folqalardan istifadə edilir. 

qizili-qutu.png

Kartpak

Müraciət et